Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidmətinin əməkdaşları Fars körfəzində İranın balıqçı gəmilərinə atəş açıb.
Silahlı insident nəticəsində 1 nəfər ölüb.
Məlumata görə, iki balıqçı gəmiləri dalğaların yüksək olması səbəbindən yolundan çıxıb. Səudiyyə Ərəbistanı hərbçiləri gəmilərin sərhədi keçib-keçmədiyini müəyyən etməmiş onlara atəş açıblar.
İran tərəfi Səudiyyə tərəfinin hərəkətlərini yolverilməz adlandırıb. Tehran hazırda onların sərhədi keçib-keçmədiklərini dəqiqləşdirir.
Yorum Gönder