SON XƏBƏRLƏR

AzeriNews TV

6 Haziran 2017 Salı

İran: Bu gün Ali-Səud rejiminin vəziyyəti çox pisdir və onlar siyasi başgicəllənməyə məruz qalıblar

İran parlamentinin beynəlxalq işlər üzrə baş katibi bəzi ərəb dövlətlərinin Qətərlə əlaqələrinin kəsilməsindən söz açıb.
AzeriNews Tv “Islamazeri.com”-a istinadən xəbər verir ki, bu dövlətlər arasında heç vaxt həqiqi ittifaqın olmadığını deyən Əmir Abdullahiyan bildirib: “İran olaraq bütün qonşu ölkələrlə əlaqələrimizin müsbət formalaşması üçün çalışmışıq. Lakin bəzi tərəflərin yanlış çıxarışları əlaqələrimizdə problemlər yaradıb. Səudiyyə Ərəbistanının tayfa yönümlü və ixtilaf salan siyasətləri vəhhabi düşüncəsinin yayılmasına, dünya və bölgənin ifratçı qruplar təhlükəsiylə üzləşməsinə səbəb olub. Bu gün Ali-Səud rejiminin vəziyyəti çox pisdir və onlar siyasi başgicəllənməyə məruz qalıblar. Onlar problemlərini aradan aparmaq əvəzinə, daha çox problem yaradırlar. Biz onlara dəfələrlə bu siyasətlərinin ixtilaf və bölünmədən başqa xeyri olmadığını demişik.”

İran: Bu gün Ali-Səud rejiminin vəziyyəti çox pisdir və onlar siyasi başgicəllənməyə məruz qalıblar

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes