SON XƏBƏRLƏR

AzeriNews TV

7 Haziran 2017 Çarşamba

Şeyx din xadimini bu hərəkətinə görə işdən qovub – Səbəb açıqlandı

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova  şeyxülsilam Hacı Allahşükür Paşazadə tərəfindən din xadiminin işdən  çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
R. Dadaşova deyib ki, Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini xadimi  Məmmədov Nurməhəmməd iftardan əvvəl ehsanda iştirak edib: “Bu isə Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi fətvada qadağan olunmuş məsələdir. Sözügedən təlimatı pozmaq isə kobud məsələ hesab olunur”.
Qeyd edək ki, QMİ-nin Ramazan ayı ilə bağlı fətvasında qeyd olunur ki, digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir. Müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes