SON XƏBƏRLƏR

AzeriNews TV

7 Haziran 2017 Çarşamba

Səudiyyə və dəstəkçilərinin hədəf aldığı Qətərə Putin və Ərdoğandan dəstək

Səud rejiminin sünni-şiə müharibəsinə razı olmadığı üçün diplomatik və iqtisadi əlaqələrini dondurduğu Qətər rəhbərliyinə Türkiyə və Rusiya prezidentlərinin telefon zəngləri olub
İslamazeri.com “Mehr”-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Qətər əmiri Təmim bin Həmd Ali-Səni  ilə teleofon əlaqəsi yaradıb. Bir sıra ərəb dövlətlərinin Qətərlə əlaqələrinin kəsdikləri bir dövrdə Qətər əmiri ilə telefon bağlantısı yaradan Ərdoğan, Türkiyənin rəsmi Dohayla bərabər olduğunu vurğulayıb.
Vladimir Putin də Qətər əmiri Təmim bin Həmd Ali-Səni ilə telefon əlaqəsi yaradıb.
Məlumata görə, iki ölkə rəhbəri arasında baş verən telefon bağlantısında iqtisadi və ticari əlaqələr müzakirə olunub.
Danışıqlar zamanı beynəlxalq məsələlərə toxunan Putin, Rusiyanın böhranların siyasi və müzakirə yolları ilə həll olunmasının tərəfdarı olduğunun bir daha qeyd edib.

Səudiyyə və dəstəkçilərinin hədəf aldığı Qətərə Putin və Ərdoğandan dəstək

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes