SON XƏBƏRLƏR

AzeriNews TV

8 Haziran 2017 Perşembe

Səudiyyənin müttəfiqi olan ölkələrdə Türkiyə məhsullarının boykotu başlayır

Ərəblər sosial şəbəkələrdə Qətərə dəstək verən Türkiyəyə qarşı boykot çağırışı ediblər.
AzeriNews TV xəbər verir ki, Türkiyənin Qətərə əsgər göndərməsi ilə bağlı qərarından sonra Səudiyyəni dəstəkləyən ərəblər Türkiyəni ittiham ediblər. Onlar hər kəsi Türkiyənin məhsullarını boykot etməyə çağırıblar.
Qeyd edək ki, terrorizmə dəstək vermək bəhanəsi ilə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv kimi ölkələr Qətərlə münasibətləri dayandırıblar. İordaniya isə Qətərlə münasibətləri ən aşağı səviyyəyə endirib.
Türkiyə isə Qətərə sanksiyaların tətbiqinə qarşı çıxıb.

Share this:

Yorum Gönder

 
Copyright © 2014 AzeriNews TV. Template Designed by OddThemes - WP Themes