Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Qazaxıstana yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.
Yorum Gönder