1990-cı illə müqayisədə ötən illərdə əhalinin beynəlxalq miqrasiyası arasında kəskin fərq qeydə alınıb.
AzeriNews TV İnterAz-a istinadən xəbər verir ki, 1990-cı ildə ölkəyə daimi yaşamaq üçün gələnlər 84,3 min nəfər, həmin il ölkədən daimi yaşamaq üçün gedənlər isə 137,9 min nəfər olub. 1991-ci ildə gələnlər 66,3 min nəfər, gedənlər 106,4 min nəfər təşkil edib.
1995-ci ildə ölkəyə gələnlər 6,2 min nəfər, gedənlər isə 16,0 min nəfər təşkil edib.
2000-ci ildə gələnlər 4,4, gedənlər 9,9 min nəfər, 2005-ci ildə gələnlər 2,0 min, gedənlər 2,9 min, 2010-cu ildə gələnlər 2,2 min nəfər, gedənlər 0,8 min nəfər təşkil edib.
2015-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2010-cu illə müqayisədə gələnləri daha çox üstələyib. Belə ki, qeyd olunan il ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı 2,7 min nəfər, gedənlər isə 1,6 min, 2016-cı ildə isə yaşamaq üçün gələnlərin sayı 3,2 min nəfər, daimi yaşamaq üçün gedənlərin sayı isə 1,7 min nəfər təşkil edib.
Ümumiyyətlə, 1990-cı ildən 2017-ci ilə qədər ölkəyə daimi yaşamaq üçün 283,6 min nəfər gəlib. Bu müddət ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı isə 453,8 min nəfər olub.
26 Temmuz 2017 Çarşamba
Ötən il 1,7 min nəfər daimi yaşamaq üçün Azərbaycanı tərk edib
Posted by AzeriNews TV on 22:00 in Azərbaycan | Comments : 0
Kaydol:
Kayıt Yorumları
(
Atom
)
Yorum Gönder